Bank Of Baku

Xələf Xələfov: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində müzakirə olunacaq bir çox sənəd razılaşdırılıb”

Xələf Xələfov: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində müzakirə olunacaq bir çox sənəd razılaşdırılıb”
# 22 fevral 2007 15:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O bildirib ki, Tehrandakı görüş işçi qrupu səviyyəsində keçirilən III görüş olacaq. Həmin görüşün keçirilməsində məqsəd isə sammitdə müzakirə olunacaq sənədləri razılaşdırmaqdır. X. Xələfov sammitin vaxtının işçi qrupun işindən, müzakirəyə çıxarılan sənədlərin razılaşdırılmasından, mövqelərin yaxınlaşmasından və açıq qalan məsələlərin yekun müzakirəsindən asılı olduğunu söyləyib: “Bir çox sənədlər razılaşdırılıb. Ancaq hələ bütün məsələlərlə bağlı tam razılıq əldə olunduğunu söyləmək olmaz. Mövqelər yaxınlaşıb. Ümidvarıq ki, növbəti görüşdə açıq qalan məsələlər üzrə razılıq olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR