Qaxda 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
22 fevral 2007 16:20 (UTC +04:00)
Bu gün Qax rayonunda 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin rəhbəri Məhərrəm Məhərrəmov məlumat verib. M.Məhərrəmov bildirib ki, toplantı tədbir iştirakçılarının mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə başlayıb. Sonra rayonda istehsal olunan kənd təsərrüfatı, tikinti və xalq sənətkarlığı nümunələrindən təşkil olunmüş sərgiyə baxış keçirilib. Tədbirdə RİH-in, rayonun müvafiq idarə və təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatı Azər Kərimli və Prezident Aparatının ərazi idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məhərrəm Quliyev iştirak ediblər. Toplantıda çıxış edən Qax RİH başçısı Abbas Göyüşov rayonda 2006-cı ildə aparılan tikinti və abadlıq işlərindən, əldə olunan nailiyyətlərdən və 2007-ci ildə görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. /APA/
Daxili siyasət
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
13:37
27 aprel 2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024