Avropa Parlamentinin üzvü Cem Özdəmir: “Azərbaycan Avropanın qonşusu deyil, Avropanın içindədədir”
23 fevral 2007 09:10 (UTC +04:00)
“Azərbaycan Avropanın qonşusu deyil, Avropanın içindədir”. APA-nın xəbərinə görə, bu sözləri Avropa Parlamentinin deputatı, milliyyətcə türk olan almaniyalı parlamentar Cem Özdəmir bu gün Bakıda tələbələrlə keçirdiyi görüşündə deyib. O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla imzaladığı Fəaliyyət Planının necə həyata keçirilməsini Azərbaycandakı bütün qruplar - hakimiyyət, müxalifət, qeyri-hökumət təşkilatları və tələbələrlə sıx əməkdaşlıq şəraitində izləyəcək. Görüşdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina isə bildirib ki, Fəaliyyət Planının imzalanmasının iki ili tamam olduqdan sonra Azərbaycana ilk monitorinq qrupu gələcək və qrup planın necə yerinə yetirildiyini yoxlayacaq. Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlıqdan əlavə, Avropa İttifaqı regionda sabitliyin olmasında da maraqlıdır: “Biz çox istərdik ki, Azərbaycan Avropa standartları və ideyalarına yaxınlaşsın”. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024