Bank Of Baku

Akif Şahbazov: “ADP Ali Məclisin iclasında iştirak edənlərin siyahısının mətbuatda dərc edilməsinə ehtiyac yoxdur”

Akif Şahbazov: “ADP Ali Məclisin iclasında iştirak edənlərin siyahısının mətbuatda dərc edilməsinə ehtiyac yoxdur”
# 23 fevral 2007 10:07 (UTC +04:00)
“Lazım gəlsə, ADP Ali Məclisinin fevralın 18-də keçirilən iclasında iştirak etmək Ali Məclis üzvlərinin siyahısını mətbuatda dərc edə bilərik. Amma indiki halda biz buna ehtiyac görmürük”. Bu fikirləri APA-ya açıqlamasında Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Ali Məclisinin sədri Akif Şahbazov bildirib. Bu vaxta kimi keçirilmiş iclaslarda iştirakçıların siyahısının mətbuatda dərc edilmə ənənəsinin olmadığını bildirən A.Şahbazov indiki halda bu fikirlərin ortaya çıxmasının təsadüf olmadığını qeyd edib: “Mən bir daha vurğulayıram ki, bizim iclasda kvorum vardı, orada videoçəkiliş də olub və qarşı tərəfə bunu sübut edə bilərəm. Amma mən hələ ki o siyahını qəzet səhifələrində dərc etdirmək istəmirəm”. Bunun səbəblərinə gəldikdə, A.Şahbazov sadəcə, buna ehtiyac görmədiyini bildirib: “Onların Ali Məclisin iclasında 20 nəfərin iştirak etməsi ilə bağlı iddialarını təbii qəbul edirəm. Hələ mən gözləyirdim ki, onlar 10-11 nəfər deyəcəklər. Nə deyirlər, desinlər. Onların nə deməsinin bizim fəaliyyətimizə heç bir ciddi təsiri olmayacaq. Əslində biz onları özümüz üçün tərəf hesab etmirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR