Bank Of Baku

Cem Özdəmir: “Avropa Parlamentində Azərbaycan haqqında məlumat azdır”

Cem Özdəmir: “Avropa Parlamentində Azərbaycan haqqında məlumat azdır”
# 23 fevral 2007 10:17 (UTC +04:00)
“Avropa Parlamentində Azərbaycan haqqında məlumat azdır. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır”. Bu sözləri APA-ya açıqlamasında Avropa Parlamentinin deputatı, Almaniya Bundestaqının üzvü Cem Özdəmir deyib. Azərbaycana səfərindən məmnun olduğunu bildirən deputatın sözlərinə görə, onu Azərbaycana Brüsseldə tanış olduğu azərbaycanlı tələbələr dəvət edib: “Onların gördüyü işlər məni heyran etdi. Onlara Azərbaycana gedəcəyimi vəd etdim və bu vədimi yerinə yetirdim”. C. Özdəmir Milli Məclis üzvləri, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri, QHT təmsilçiləri və müxalifət partiyalarının liderləri ilə görüşəcəklərini deyib. Avropa Parlamentinin nümayəndə heyətinin səfəri sabah başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR