Bank Of Baku

Ombudsman Aparatında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı müzakirə olunub

Ombudsman Aparatında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı müzakirə olunub
# 23 fevral 2007 10:22 (UTC +04:00)
Bu gün İnsan Hüquqları üzrə Ombudsman Aparatında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) müzakirə olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, MFP ilk dəfə qəbul edilən zaman böyük işlər görülüb: “1998-ci ildə qəbul edilən Milli Fəaliyyət Planına əsasən Elmi Tədqiqat İnstitutu yaradılıb, kadrlar məsələsinə diqqət ayrılıb və qanunvericilikdə müəyyən dəyişikliklər olunub”. E.Süleymanova MFP ilə bağlı dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və digər təşkilatlarla birlikdə müzakirələr aparıldığını deyib. Müvəkkilin sözlərinə görə, MFP-yə normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyət, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər məsələlər daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR