Bank Of Baku

Cem Özdəmir Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı məruzə hazırlamasına çalışacağını bildirib

Cem Özdəmir Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı məruzə hazırlamasına çalışacağını bildirib
# 23 fevral 2007 10:29 (UTC +04:00)
“Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı hesabat hazırlaması məqsədəuyğun olardı. Mən və həmkarım Brüsselə qayıtdıqdan sonra bunu müzakirə edəcəyik”. APA-nın xəbərinə görə, bu sözləri Avropa Parlamentinin üzvü, almaniyalı deputat Cem Özdəmir deyib. O, Avropa İttifaqının dünyada ən nüfuzlu strukturlardan birinə çevrildiyini, Azərbaycan və Ermənistanın bu qurumla fəal əməkdaşlıq etdiyini bildirib: “Ona görə də biz Avropa Parlamentinin üzvlərini belə bir məruzə hazırlanmasının zəruriliyinə inandırmağa çalışacağıq. Orada öz torpaqlarını tərk etməyə məcbur olmuş insanların hüquqları ilə bağlı məsələ mütləq əksini tapmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR