Bank Of Baku

“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu vəkilindən imtina edib

“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu vəkilindən imtina edib
# 23 fevral 2007 10:47 (UTC +04:00)
“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu vəkili Səyyad Məmmədovdan imtina edib. Bu barədə APA-ya S. Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsindən məlumat verilib. Bildirilib ki, S. Sədaqətoğlunun məhkəmədə hüquqlarını vəkil İsaxan Aşurov müdafiə edəcək. Artıq yeni vəkillə müqavilə imzalanıb. Martın 1-də isə Nəsimi Rayon Məhkəməsində hakim Məmmədəli Zülfüqarovun sədrliyi ilə Samir Sədaqətoğlu və Rafiq Tağının işi üzrə hazırlıq iclası keçiriləcək. Müdafiə Komitəsi beynəlxalq təşkilatlara və yerli hüquq-müdafiəsi təşkilatlarına bununla bağlı müraciət edib. Müdafiə Komitəsi fevralın 26-da mətbuat konfransı keçirməyi planlaşdırır. Xatırladaq ki, S. Sədaqətoğlu və R. Tağıya Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR