Bank Of Baku

Ankarada “Azərbaycan və Türkiyə tarixində erməni məsələsi” müzakirə ediləcək

Ankarada “Azərbaycan və Türkiyə tarixində erməni məsələsi” müzakirə ediləcək
# 23 fevral 2007 11:58 (UTC +04:00)
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyəti fevralın 26-27-də Ankaraya səfər edəcək. Səfərin məqsədi ötən ilin mayında “Azərbaycan və Türkiyə tarixində erməni məsələsi” ilə əlaqədar Türkiyə Tarix Qurumu, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Bakı Dövlət Universiteti və ATİB arasında imzalanan dördtərəfli əməkdaşlıq Protokolu və Bakı Bəyannaməsi çərçivəsində yaradılmış Koordinasiya Şurasının iclasında iştirak etməkdir. ATİB-dən APA-ya verilən məlumata görə, iclasda Türkiyə və Azərbaycanın “erməni məsələsi” üzrə ortaq problemlərin və sənədlərə əsaslanan tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə strategiyanın və fəaliyyət proqramının müəyyənləşdirilməsi planlaşdırılır. Nümayəndə heyəti bundan əlavə, Azərbaycanın Ankaradakı səfirliyində Xocalı soyqırımına həsr edilmiş anım tədbirinə qatılacaq, Türkiyənin sənaye və ticarət naziri Əli Coşqun, dövlət naziri Kürşad Tüzmən və Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə görüşəcək. Səfər zamanı nümayəndə heyətini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da qəbul edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR