Bank Of Baku

Müsavat Partiyası Məclisinin növbəti toplantısında boş yerlərə seçki keçiriləcək

Müsavat Partiyası Məclisinin növbəti toplantısında boş yerlərə seçki keçiriləcək
# 23 fevral 2007 12:32 (UTC +04:00)
Müsavat Partiyasının Məclisində 30-a yaxın boş yer var və növbəti toplantılarda boş yerlərə seçki keçiriləcək. Bu barədə APA-ya Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, partiya Nizamnaməsinə əsasən rayon təşkilatlarının sədrləri avtomatik Məclisi üzvü sayılırlar və qurultayda rayon təşkilatlarının sayı qədər sərbəst Məclis üzvü seçilir. S. Əkbər hazırda Məclisin 138 üzvünün olduğunu qeyd edib. Məclisin növbəti yığıncağının vaxtının hələlik müəyyənləşmədiyini bildirən S. Əkbər Nizamnamədə iclasların üç aydan gec olmayaraq keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR