Bank Of Baku

“Milli Məclisə və digər seçkili orqanlara seçkilərdə qadınlara seçki kvotası verilməsi məsələsinin ictimai debatlar yolu ilə müzakirəsi” adlı layihənin təqdimatı olub

“Milli Məclisə və digər seçkili orqanlara seçkilərdə qadınlara seçki kvotası verilməsi məsələsinin ictimai debatlar yolu ilə müzakirəsi” adlı layihənin təqdimatı olub
# 23 fevral 2007 13:28 (UTC +04:00)
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və “Avrointeqrasiyaya doğru” İctimai Birliyi “Milli Məclisə və digər seçkili orqanlara seçkilərdə qadınlara seçki kvotası verilməsi məsələsinin ictimai debatlar yolu ilə müzakirəsi” adlı layihənin təqdimat mərasimini keçiriblər. APA-nın xəbərinə görə, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, 4 ay ərzində keçiriləcək layihə çərçivəsində cəmiyyətdə debat mədəniyyətinin formalaşdırılmasına cəhd ediləcək, bu məqsədlə Bakıda, Gəncədə, Xaçmazda və Lənkəranda debatlar təşkil olunacaq, paralel olaraq sosioloji tədqiqat aparılacaq. Tədqiqatın nəticələri təklif şəkilində Milli Məclisə təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR