Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı layihə yaxın günlərdə müzakirə olunacaq”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı layihə yaxın günlərdə müzakirə olunacaq”
# 23 fevral 2007 13:42 (UTC +04:00)
“Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı layihənin reallaşdırılması partiyalarla birlikdə yaxın günlərdə müzakirə olunacaq. Ayrı-ayrı partiyaların məsələyə necə münasibət bildirməsinə gəldikdə isə bu, onların şəxsi işidir. Bəzi partiya funksionerləri mətbuata açıqlamasına deyir ki, bizə belə təşkilatın yaradılması haqda sənəd daxil olmayıb”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu prosesdən bütün partiya rəhbərlərinin xəbərdar olduğunu söyləyib: “Hər bir partiyanın birinci şəxsinin bu məsələdən xəbəri var. Əgər onlar özlərinə çatan sənədi oxumurlarsa, bu, başqa məsələdir. Təşkilatın yaradılmasında milli maraq ifadə olunur. Kim vahid güc mərkəzinin yaranmasını istəməyəcəksə, milli marağı öz maraqlarına qurban verəcəksə, özü bilər”. KXCP sədri təşkilatın Demokratiya Uğrunda İttifaq adlandırılacağını haqda yayılan informasiyalara da münasibət bildirib: “Qurumun adı ilə bağlı məsələ kimsənin fikri ilə müəyyənləşməyəcək. Qeyd olunan adı bir layihə olaraq təqdim etmişik. Ola bilər ki, deyilən adın bir sözü də orada olmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR