Bank Of Baku

Sərdar Cəlaloğlu ABŞ səfirinin müşaviri və MDİ təmsilçisi ilə görüşüb

Sərdar Cəlaloğlu ABŞ səfirinin müşaviri və MDİ təmsilçisi ilə görüşüb
# 23 fevral 2007 14:20 (UTC +04:00)
ADP-nin IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu, müavinləri Həsrət Rüstəmov və Taliyət Əliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Naslindlə görüş keçiriblər. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və partiyadaxili durumla əlaqədar müzakirələr aparılıb. ADP funksionerləri son günlər partiyada yaranmış vəziyyətin siyasi və hüquqi tərəfləri haqqında ABŞ diplomatını ətraflı məlumatlandırıblar. TK rəhbərliyi bu gün həmçinin Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Emi Şultsla görüşüblər. Bu görüşdə də ictimai-siyasi vəziyyət və ADP ətrafında baş verən hadisələr müzakirə olunub. Görüşdə ADP-nin bundan sonrakı dövrdə yürüdəcəyi siyasi xətlə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR