Bank Of Baku

Şəkidə 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Şəkidə 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
# 23 fevral 2007 14:42 (UTC +04:00)
Bu gün Şəki rayonunda 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyəti (RİH) aparatından məlumat verilib. Yığıncaqda RİH-in, rayonun müvafiq idarə və təşkilatlarının nümayəndələri, Prezident Aparatının ərazi idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məhərrəm Quliyev, ədliyyə naziri Fikrət Məmmədov və Milli Məclisin deputatı Məcnun Şükürov iştirak ediblər. Öncə Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları rayonda istehsal olunan sənaye, tikinti, kənd təsərrüfatı məhsullarından və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçiriblər. Yığıncaqda çıxış edən RİH başçısı Nazim İbrahimov 2006-cı ildə rayonda görülən işlər və 2007-ci ildə qarşıda duran məsələlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR