Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran vertolyotlarının Azərbaycanın hava sərhədini pozması barədə məlumatları təsdiqləyib

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran vertolyotlarının Azərbaycanın hava sərhədini pozması barədə məlumatları təsdiqləyib
# 26 fevral 2007 09:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə DSX rəisi, general-leytenant Elçin Quliyev deyib: “Azərbaycanın hava sərhədi 5-8 helikopterdən ibarət qrup tərəfindən pozulub. Azərbaycanın hava sərhədinin pozulması faktı ilə bağlı dərhal İranın sərhəd komissarı həmin sahə üzrə görüşə çağırıldı və şifahi qaydada etiraz bildirildi. Təqribən 5 dəqiqə sonra İranın Bakıdakı səfirliyinin hərbi attaşesi Dövlət Sərhəd Xidmətinin nümayəndələri tərəfindən məlumatlandırıldı. Hərbi attaşeyə hadisənin araşdıraraq məlumat verilməsi üçün rəsmi müraciət edilib”.
E.Quliyev onu da vurğulayıb ki, elə həmin gün DSX tərəfindən hava sərhədinin pozulması ilə bağlı rəsmi məlumat hazırlanaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim olunub: “Hazırda xarici işlər nazirinin müavini Xələf Xələfov İrandadır. Bu məsələ orada qaldırılacaq”.
DSX rəisi İran prezidentinin Azərbaycanla sərhəd bölgəyə səfər etməsi ilə əlaqədar onu müşayiət edən vertolyotların hava məkanımızı poza bilmə ehtimalı ilə bağlı əvvəlcədən Azərbaycan tərəfinə rəsmi məlumat verilməsi barədə fikirlərini də təkzib edib: “Bələ məlumatlar rəsmi olaraq DSX-ya təqdim olunmayıb. Belə hallarda, adətən, əvvəl XİN və ya sərhəd komissarları tərəfindən məlumatlar verilir. DSX-ya rəsmən belə bir məlumat daxil olmayıb”.
E.Quliyev bir neçə dəfə dövlət sərhədindən dini-ekstremist təmayüllü ədəbiyyatların keçirilməsi hallarının aşkarlandığını və qarşısının alındığını deyib. Həmin ədəbiyyatlar saxlanaraq, rəsmi qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR