Bank Of Baku

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib
# 27 fevral 2007 15:21 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Bu barədə APA-ya TK sədrinin müavini Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, iclasa R. Quliyev telefon vasitəsi ilə qatılıb və sədrlik edib. Toplantıda TK-nın reqlamenti və təlimatları qəbul olunub, digər sənədlər və rayon təşkilatlarında keçiriləcək konfranslarla bağlı fikir mübadiləsi aparılıb. A. Şahbazovun sözlərinə görə, konfranslar martın 5-dən başlayacaq və aprelə kimi başa çatacaq. Rəsul Quliyevin tərəfdarları aprelin ortalarında növbəti qurultayı keçirmək fikrindədirlər. A. Şahbazov rayon təşkilatlarında konfransların keçirilməsi üçün heç bir problemin olmayacağını qeyd edib: “Bir neçə rayon təşkilatı istisna olunmaqla, bütün digər rayon təşkilatları Rəsul Quliyevin mövqeyini dəstəklədiklərini bildiriblər. Konfranslara hazırlıq mərhələsindən belə aydın olur ki, ADP-nin IX qurultayı ölkənin siyasi həyatında dönüş mərhələsi olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR