Bank Of Baku

Sərdar Cəlaloğlu və Aydın Quliyev müstəntiqə ifadə veriblər

Sərdar Cəlaloğlu və Aydın Quliyev müstəntiqə ifadə veriblər
# 07 mart 2007 15:25 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə bağlı Respublika Prokurorluğuna etdiyi müraciət baxılmaq üçün Səbael Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə göndərilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bölmənin müstəntiqi məsələ ilə bağlı bu gün ADP-nin qərargahında olub və S. Cəlaloğludan izahat alıb. S. Cəlaloğlu izahatında A. Quliyevin ona böhtan atdığını, heç bir əsas olmadan xuliqanlıqda ittiham etdiyini və bilə-bilə hüquq-mühafizə orqanlarına yalan məlumat verdiyini bildirib. S. Cəlaloğlu bununla bağlı A. Quliyevə qarşı cinayət işinin qaldırılmasını xahiş edib.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru A. Quliyev isə APA-ya açıqlamasında müstəntiqin qəzet redaksiyasına da gəldiyini və onun fevralın 16-da daxili işlər nazirinə etdiyi müraciətlə maraqlanıb: “Məndən heç bir izahat alınmadı. Yalnız mənimlə və qəzetin əməkdaşları ilə redaksiyaya qarşı hər hansı zorakılığın olub-olmaması ilə maraqlandı”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR