Bank Of Baku

Azərbaycanın xarici işlər naziri ATƏT-in Bakı Ofisinin rəhbərini qəbul edib

Azərbaycanın xarici işlər naziri ATƏT-in Bakı Ofisinin rəhbərini qəbul edib
# 07 mart 2007 15:26 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə ATƏT təsisatları və Bakıdakı ofislə əlaqələrin inkişafının yüksək dinamika ilə inkişaf etdiyi qeyd olunub. Bundan başqa, tərəflər uğurla həyata keçirilən birgə layihələr barədə müzakirələr aparıb, son illər Azərbaycan hökumətinin azad cəmiyyət quruculuğu, demokratik idarə olunma sistemi, ölkədəki söz və vicdan azadlığı haqqında danışıb, bu istiqamətlərdə Azərbaycanın ATƏT-in müxtəlif qurumları ilə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR