Bank Of Baku

YAP İdarə Heyəti: “Əli İnsanovun vaxtilə hakimiyyətin uğurları barədə pafoslu nitqləri və bu gün səsləndirdiyi çürük ittihamlar onun saxta mahiyyətinin parlaq nümunəsidir”

YAP İdarə Heyəti: “Əli İnsanovun vaxtilə hakimiyyətin uğurları barədə pafoslu nitqləri və bu gün səsləndirdiyi çürük ittihamlar onun saxta mahiyyətinin parlaq nümunəsidir”
# 07 mart 2007 15:36 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda YAP-ın rayon, şəhər təşkilatlarının növbəti hesabat-seçki yığıncaqlarının gedişi və partiya ilə bağlı cari məsələlər müzakirə edilib. Toplantıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunan sabiq səhiyyə naziri Əli İnsanovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə YAP-la bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirilib. Sabiq nazirin məhkəməni siyasi çəkişmələr meydanına çevirməyə çalışdığı, siyasi riyakarlıq etdiyi qeyd olunaraq bu mövqe qətiyyətlə pislənilib. YAP rəhbərliyinin fikrincə, Ə. İnsanovun həqiqətə uyğun olmayan bəyanatlar verməsi törətdiyi ağır cinayətlərdən diqqəti yayındırmaq, həbsinə siyasi don geyindirmək məqsədi daşıyır: “Əli İnsanovun vaxtilə üzvü olduğu partiya haqqında bu gün səsləndirdiyi fikirlər açıq-aşkar böhtan olub, siyasi şantajdan başqa bir şey deyil. Sabiq nazirin vaxtilə hakimiyyətin və YAP-ın uğurları barədə pafoslu nitqləri və bu gün səsləndirdiyi çürük ittihamlar onun saxta mahiyyətinin parlaq nümunəsidir”. İdarə Heyətinin toplantısında Ə. İnsanovun müttəhimlər kürsüsündə əyləşməsinin siyasi xarakter daşımadığı bildirilib və onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakını mənimsədiyinə, həmçinin digər cinayət xarakterli əməllərinə görə həbs olunduğu vurğulanıb. YAP rəhbərliyi Ə. İnsanovun səsləndirdiyi fikirləri Heydər Əliyev yoluna və partiyanın ideyalarına xəyanət kimi qiymətləndirib və bunu pisləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR