Bank Of Baku

GAMOH ABŞ Dövlət Departamentinin hesabatında İrandakı azərbaycanlılarla bağlı məqamları yüksək qiymətləndirib

GAMOH ABŞ Dövlət Departamentinin hesabatında İrandakı azərbaycanlılarla bağlı məqamları yüksək qiymətləndirib
# 07 mart 2007 15:41 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının Avropa Təşkilatının (GAMOH AT) sədri Mahmud Bilgin “Güney Azərbaycanın UNPO-ya üzv olması və siyasi məhbuslarla bağlı son durum” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Bilgin bildirib ki, GAMOH-un Birləşmiş Millətlər Təşkilatında (BMT) Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı UNPO-ya qəbul olunması tarixi uğurdur. O, bəzi qurumların GAMOH-un bu uğuruna kölgə salmağa çalışdığını da qeyd edib. ABŞ Dövlət Departamentinin son hesabatında İrandakı azərbaycanlılarla bağlı qeyd olunan məqamları yüksək qiymətləndirən M. Bilgin İran azərbaycanlılarının öz hüquqları uğrunda apardıqları mübarizənin təkmilləşdiyini deyib: “GAMOH öz mübarizə taktikasında heç bir dəyişiklik etməyəcək və beynəlxalq hüquq normaları çərçivəsində istəklərinə nail olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR