Bank Of Baku

Bakıda keçirilən görüşün nəticəsi olaraq, Azərbaycan-Gürcüstan sərhədinin daha bir hissəsi üzrə razılıq əldə olunub

Bakıda keçirilən görüşün nəticəsi olaraq, Azərbaycan-Gürcüstan sərhədinin daha bir hissəsi üzrə razılıq əldə olunub
# 07 mart 2007 16:18 (UTC +04:00)
APA-nın məlumatına görə, iki günlük iclasın yekunlarına əsasən birgə protokol imzalanıb. Azərbaycan xarici işlər nazirinin müavini, komissiyanın Azərbaycan tərəfdən həmsədri Xələf Xələfov bildirib ki, iki gün ərzində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub: “Bu gün imzalanan protokol isə iki günlük danışıqların nəticələrini özündə əks etdirir”. X. Xələfov qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin bir hissəsi üzrə razılaşma əldə olunub: “İndiyə qədər Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 65%-i razılaşdırılıb. Razılıq əldə olunmayan digər məsələlər üzrə ekspertlər məsləhətləşmələri davam etdirəcəklər”. X. Xələfovun sözlərinə görə, razılıq əldə olunan ərazi Ağstafa rayonunun ərzisinə aiddir. “David Qareci” kompleksi ilə bağlı razılıq əldə olunmayıb, danışıqlar davam etdiriləcək.
Gürcüstanın Delimitasiya və Demarkasiya üzrə Dövlət Komissiyasının sədri, xarici işlər nazirinin müavini Georqi Mancqaladze də iki gün ərzində effektiv və işgüzar mühitdə işlədiklərini deyib: “Biz gələcəkdə atılacaq bəzi addımları müəyyənləşdirdik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR