Bank Of Baku

Lüksemburq parlamentinin deputatı Jak İv Henkes: “Xocalı hadisələrinə Beynəlxalq Məhkəmə qiymət verməlidir”

Lüksemburq parlamentinin deputatı Jak İv Henkes: “Xocalı hadisələrinə Beynəlxalq Məhkəmə qiymət verməlidir”
# 07 mart 2007 16:32 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsi barədə çoxdan məlumatım olsa da, Xocalı haqda yenicə mətbuatdan oxumuşam. Bilirəm ki, bu cür problem Yuqoslaviyada da yaşanıb. Məncə, bu kimi məsələlərə Beynəlxalq Məhkəmədə baxmaq lazımdır”.
Bu fikirləri APA-ya Lüksemburq parlamentinin deputatı, qurumun xarici işlər komissiyasının sədri Jak İv Henkes bildirib. O, Xocalı faciəsi ilə bağlı sualı cavablandırarkən deyib ki, beynəlxalq məhkəmə bu kimi hallarda soyqırımın baş verdiyini təsdiqləyən qərar qəbul etməlidir. Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci Forumuna dəvətli olan cənab Henkes “bu tədbir ciddi hadisədir” deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR