Bank Of Baku

Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul edib

Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul edib
# 07 mart 2007 16:56 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni ölkəmizdə diplomatik missiyasının bitməsi ilə əlaqədar qəbul edib. XİN Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tərəflər Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi-ticarət, elmi-texniki və humanitar-mədəniyyət sahələrində vəziyyətini və gələcək perspektivlərini müzakirə edib, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hər iki dövlətin strateji kursunun dəyişilməz olduğunu bir daha təsdiqləyiblər. Görüş zamanı strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və konstruktiv mühitlə müşayiət olunmasından, yüksək dinamikalı ikitərəfli siyasi dialoqdan, iki ölkə rəhbərləri arasında mövcud dostluq əlaqələrinin bütün sahələrə göstərdiyi müsbət təsirdən söhbət açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR