Bank Of Baku

Azərbaycan və türk diaspor təşkilatlarının I Forumunun işində iştirak edəcək Rumıniya nümayəndə heyəti Bakıya gəlib

Azərbaycan və türk diaspor təşkilatlarının I Forumunun işində iştirak edəcək Rumıniya nümayəndə heyəti Bakıya gəlib
# 08 mart 2007 10:35 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, nümayəndə heyəti Rumıniyada fəaliyyət göstərən Azərbaycan və türk qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələrindən təşkil olunub. Heyətə Avropa Türk İş Adamları Dərnəkləri Federasiyasının rəhbəri (TÜDAF) Dursun Altınışık başçılıq edir. Rumıniya heyətinin tərkibinə 14 nəfər, o cümlədən Rumıniya-Azərbaycan Ticarət Palatasının sədr müavini Ruslan Vələdov, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Dumitru Balan, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev, Rumıniya Türk İş Adamları Dərnəyinin sədri İsmət Bayındır və digərləri də daxildir. Nümayəndə heyəti martın 11-də Buxarestə qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR