Bank Of Baku

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Euken Urikaru: “Avropa öz gələcəyini Azərbaycanın enerji ehtiyatları əsasında qurmaq istəyir”

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Euken Urikaru: “Avropa öz gələcəyini Azərbaycanın enerji ehtiyatları əsasında qurmaq istəyir”
# 09 mart 2007 08:45 (UTC +04:00)
“1989-cu ildə Rumıniyada antisosialist inqilabı baş verdikdən sonra ölkəmizin paytaxtında cəmi üç nəhəng siyasi xadimin heykəli qoyulub. Bunlar Heydər Əliyev, Mustafa Kamal Atatürk və Şarl de Qollun abidələridir. Onların hər üçü öz xalqının tarixini dəyişmiş liderlərdir. Rumın xalqı bunu anlayır və qiymətləndirir”. Bu sözləri APA-nın Şərqi Avropa bürosuna açıqlamasında Azərbaycan və Türkiyə diaspora təşkilatlarının I Forumunda iştirak edən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Rumıniya Yazıçılar Birliyinin keçmiş sədri Euken Urikaru deyib. Bakıya ilk dəfə səfər etdiyini bildirən E. Urikaru bunun çoxdankı arzusu olduğunu, bu arzunu doğuran bir sıra səbəblərin mövcudluğunu, amma onlar arasında milyonçu Nobelin evini görmək istəyinin xüsusi yer tutduğunu vurğulayıb: “Bu ailənin kapitalı dünya iqtisadiyyatı, mədəniyyəti və elminin inkişafında mühüm rol oynayıb və oynamaqdadır. Həmin kapitalın qazanıldığı qaynağı görmək çox maraqlıdır. Daha maraqlısı isə budur ki, zaman keçsə də, vəziyyət dəyişməyib. Bu gün Nobellərin nəsilləri, müasir Avropa öz gələcəyini və iqtisadiyyatını yenə də Azərbaycanın enerji ehtiyatları əsasında qurmaq istəyir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR