Bank Of Baku

Azərbaycan HHQ və HHMQ komandanı ABŞ-ın Qafqazda raket hücumlarından müdafiə sistemləri quraşdıracağı barədə məlumatlara münasibət bildirmək istəməyib

Azərbaycan HHQ və HHMQ komandanı ABŞ-ın Qafqazda raket hücumlarından müdafiə sistemləri quraşdıracağı barədə məlumatlara münasibət bildirmək istəməyib
# 09 mart 2007 08:52 (UTC +04:00)
Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarında (HHMQ) böyük inkişaf gedir. APA-nın məlumatına görə, bu barədə HHQ və HHMQ komandanı, general-leytenant Rail Rzayev bildirib: “Ali Baş Komandan bizə böyük diqqət göstərir. Yeni təyyarələr alınıb yaxın vaxtlarda müasir standartlara cavab verən aerodromlardan birinin açılışı planlaşdırılır”.
Komandan ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda raket hücumlarından müdafiə sistemləri quraşdıracağı barədə məlumatlarla tanış olduğunu desə də, məsələyə münasibət bildirmək istəməyib. Rusiyanın ABŞ-ın bu addımının qarşılığında regiondakı hərbi bazalarında S-300 və S-400 raketləri yerləşdirəcəyi barədə fikirlərə gəlincə, o bu məlumatları “boş şey” adlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR