Bank Of Baku

İnsan haqları üzrə hakimiyyət təmsilçiləri və hüquq müdafiəçilərindən ibarət İşçi Qrup bu ay toplana bilər

İnsan haqları üzrə hakimiyyət təmsilçiləri və hüquq müdafiəçilərindən ibarət İşçi Qrup bu ay toplana bilər
# 09 mart 2007 08:53 (UTC +04:00)
“İnsan haqları üzrə İşçi Qrupun toplantısı böyük ehtimalla bu ay baş tutacaq”. APA-nın məlumatına görə, bu açıqlama ilə İşçi Qrupun üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Onun sözlərinə görə, hələ toplantının dəqiq vaxtı bəlli deyil: “Apreldə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək. Bununla əlaqədar nümayəndə heyətinin martın sonunda Strasburqa səfəri olacaq. Böyük ehtimalla İşçi Qrup o vaxta qədər toplaşacaq”.
Qeyd edək ki, İşçi Qrupda təmsil olunan hüquq müdafiəçiləri Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv fərmanı barədə müzakirələr aparmaq məqsədi ilə toplantı keçirilməsini istəyirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR