Bank Of Baku

Mövlud Çavuşoğlu: “Azərbaycanın və Türkiyənin səsini dünyada daha yaxşı eşitdirməliyik”

Mövlud Çavuşoğlu: “Azərbaycanın və Türkiyənin səsini dünyada daha yaxşı eşitdirməliyik”
# 09 mart 2007 09:31 (UTC +04:00)
“Təəssüf ki, bu günə qədər Azərbaycan və Türkiyə diaspora təşkilatları koordinasiya olunmuş şəkildə çalışa bilməyiblər. Ona görə də erməni diasporası dünyada güclü görünür. İnanıram ki, bu gün öz işinə başlayan Azərbaycan və Türkiyə diaspora təşkilatlarının birinci forumu təşkilatlanmağımıza yardım göstərəcək”. Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu deyib. Azərbaycan və Türkiyə diaspora təşkilatları rəhbərlərinin birinci Forumunda iştirak etmək üçün Bakıya gəlmiş M. Çavuşoğlu bildirib ki, diaspora qurumlarının qarşısında duran əsas məsələ Xocalı soyqırımını dünyada tanıtdırmaq, qondarma “erməni soyqırımı” iddialarının yalan olduğunu sübut etmək və koordinasiyalı şəkildə işbirliyi qurmaqdır: “Türklərin - Azərbaycanın, Türkiyənin səsini dünyada daha yaxşı eşitdirməliyik. Bu gün öz işinə başlayan forum bu baxımdan olduqca önəmlidir. Biz belə bir toplantının Azərbaycanda keçirilməsindən qürur duyuruq. Hesab edirik ki, bu cür tədbirlər davamlı olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR