Bank Of Baku

Azərbaycan Liberal Partiyasının növbəti qurultayı iyunda keçiriləcək

Azərbaycan Liberal Partiyasının növbəti qurultayı iyunda keçiriləcək
# 09 mart 2007 14:40 (UTC +04:00)
Azərbaycan Liberal Partiyası (ALP) növbəti qurultayının keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb. Bu barədə APA-ya partiyanın sədr əvəzi Əvəz Temirxan verib. Onun sözlərinə görə, artıq rayon təşkilatlarında konfranslar keçirilir və qurultaya nümayəndələr seçilir. Ə. Temirxan qurultayda partiyanın nizamnaməsinə bir sıra dəyişikliklərin ediləcəyini də bildirib. Bundan əlavə, ALP-nin strukturlarında dəyişikliklərin edilməsi və qurultayda partiyanın yeni rəhbərliyinin formalaşdırılması nəzərdə tutulub. Dəyişikliklərlə bağlı əvvəlcədən İcraiyyə Komitəsində müzakirələrin aparılacağını bildirən Ə. Temirxan Siyasi Şuranın qərarına əsasən növbəti qurultayın iyunda keçiriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR