Bank Of Baku

Taliyət Əliyev: “Rəsul Quliyev partiya üzvlərinə qul kimi baxıb, idarəçiliyi ağa-nökər prinsiplərinə əsaslanıb”

Taliyət Əliyev: “Rəsul Quliyev partiya üzvlərinə qul kimi baxıb, idarəçiliyi ağa-nökər prinsiplərinə əsaslanıb”
# 09 mart 2007 14:55 (UTC +04:00)
“Rəsul Quliyevlə bağlı doğrudan da böyük pul məbləğləri olub, amma bunun partiya ilə heç bir əlaqəsi yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Taliyət Əliyev bildirib. Partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi R. Quliyevin ADP-yə pul ayırması faktı ilə qarşılaşmadığını bildirən T. Əliyev keçmiş sədrin digər iş adamları ilə maliyyə əlaqəsinin olduğunu da vurğulayıb: “Məşhur iş adamlarından biri də mənə bildirib ki, müəyyən vaxtlarda ADP-yə pul ayırıb. Amma mən heç vaxt belə pul görməmişəm. Rəsul Quliyevin ayırdığı pullar da həmişə başqa adamların - ona yaxın olanların cibinə gedib. Bunun ADP-yə heç bir dəxli olmayıb. Buna görə də keçmiş sədrin bu şəkildə ittihamlar irəli sürməsi yanlış yanaşmadır”. R. Quliyevin konkret adlar və rəqəmlər açıqlamasını vacib sayan T. Əliyevin fikrincə, doğrudan da, belə bir fakt olsaydı, keçmiş sədr bunları açıqlayardı: “Biz də bəzi məsələləri açıqlaya bilərik, amma siyasi etika naminə bunu etmirik. Ümumi şəkildə hamı danışa bilər, faktlar varsa, bildirsinlər. Rəsul Quliyev ADP-yə heç vaxt böyük məbləğdə pul ayıra bilməzdi. Çünki həbs olunan partiya üzvlərinə vəkil tutmaq üçün pul ayırmaqdan imtina edən adam heç vaxt böyük səxavət nümayiş etdirə bilməz. Rəsul Quliyev partiya üzvlərinə qul kimi baxıb, idarəçiliyi ağa-nökər prinsiplərinə əsaslanıb”.
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov isə APA-ya bildirib ki, 2005-ci ilin noyabrına kimi R. Quliyevə ən yaxın adam Sərdar Cəlaloğlu olub: “O və yaxınları Rəsul Quliyevi dəstəkləyirdilər. O vaxt partiyada sərəncamçı qismində məhz Sərdar Cəlaloğlu fəaliyyət göstərdiyinə görə, maliyyə məsələləri də onunla bağlı idi. Heç bir partiya maliyyəsiz fəaliyyət göstərə bilməz və təbii ki, ADP-nin də partiya olaraq fəaliyyəti üçün müəyyən vəsait ayrılıb. Bu işlər mənim səlahiyyətimdə olmayıb. Bununla belə, maliyyənin mədaxil hissəsini bilməsəm də, məxaric hissəsini bilirəm. Bununla bağlı isə hələlik danışmaq istəmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR