Bank Of Baku

AMİP İran səfirliyi qarşısındakı piketlərə fasilə verib

AMİP İran səfirliyi qarşısındakı piketlərə fasilə verib
# 09 mart 2007 15:03 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) martın 14-də keçirəcəyi beynəlxalq forumla əlaqədar olaraq İran səfirliyinin binası qarşısında keçirdiyi kütləvi aksiyalara fasilə verib. Bu barədə APA-ya partiyanın mətbuat və təbliğat katibi Əli Orucov bildirib: “Biz bu aksiyaları növbəti həftələrdə də davam etdirmək fikrindəyik. Beynəlxalq forumla bağlı isə gələn həftəyə piket təyin olunmayıb”. Ə. Orucov İranda yaşayan azərbaycanlıların hüquqlarının bərpa olunması tələbi ilə digər siyasi və ictimai təşkilatların da bu tipli aksiyalar keçirməsinin vacibliyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR