Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının yerlə təmin olunması ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib

Azərbaycan Diplomatik Akademiyasının yerlə təmin olunması ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib
# 09 mart 2007 15:11 (UTC +04:00)
“Azərbaycan Diplomatik Akademiyasının yerlə təmin olunması ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib”. APA-nın məlumatına görə, bu sözləri akademiyanın rektoru Hafiz Paşayev bildirib. H. Paşayevin sözlərinə görə, təhsil müəssisəsinin bina ilə təmin olunması üçün bir neçə variant üzərində müzakirələr aparılsa da, konkret fikrə gəlinməyib. H. Paşayev akademiyaya hökumət binalarında yer verilməsini istəmədiyini də deyib: “Hesab edirəm ki, akademiyanın binasının inşası üçün ayrıca torpaq sahəsinin ayrılması daha məqsədəuyğundur. Burada müasir standartlara cavab verən tədris ocağı inşa etmək olar. Hələlik beşmərtəbəli bina tikərik, gələcəkdə isə akademiyanın texniki imkanları daha da təkmilləşdiriləcək”. H. Paşayev binanın inşasının uzunmüddətli proses olmadığını, yaxın vaxtlarda tikinti işlərinə başlanarsa, bu prosesi 1 ilə yekunlaşdırılmasının mümkünlüyünü vurğulayıb. H. Paşayev akademiyanın hazırkı fəaliyyəti haqda da danışıb: “Akademiyanın fəaliyyəti çoxşaxəli olacaq. Hələlik qısamüddətli proqramlarla fəaliyyət göstərən akademiyada gələcəkdə məzunlara magistr dərəcəsi də veriləcək. Akademiyanın fəaliyyətini elə quracağıq ki, burada Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər də təhsil ala bilsin. Magistr təhsil pilləsi üzrə dərslərə 2008-ci ilin sentyabrından başlanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR