Bank Of Baku

AXCP martın sonundan rayon şöbələrində konfranslarına başlayacaq

AXCP martın sonundan rayon şöbələrində konfranslarına başlayacaq
# 09 mart 2007 15:44 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) martın sonunda növbəti VIII qurultaya hazırlıq məqsədi ilə rayon şöbələrində konfranslar keçirməyə başlayacaq. Bu barədə APA-ya partiya sədrinin müavini Fuad Mustafayev məlumat verib. Onun sözlərinə görə, Ali Məclisin sonuncu iclasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə və Rəyasət Heyətinə qurultaya hazırlıqlarla bağlı konkret tapşırıqlar verilib. F. Mustafayev yaz və yay aylarında bütün rayon şöbələrində konfransların keçiriləcəyini qeyd edib: “Konfranslar başa çatmaq ərəfəsində isə qurultayın dəqiq vaxtı müəyyənləşəcək. Biz qurultayı payızda keçirməyi planlaşdırmışıq”.
Qeyd edək ki, AXCP-nin Nizamnaməsinə görə, bu qurultay 2006-cı ildə keçirilməli idi. Lakin partiyanın qərargahı ilə bağlı problemlər yarandığı üçün toplantı növbəti ilə təxirə salınmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR