Bank Of Baku

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin birinci yarısında Azərbaycana rəsmi səfərə gələcək

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin birinci yarısında Azərbaycana rəsmi səfərə gələcək
# 09 mart 2007 15:44 (UTC +04:00)
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti əsasında həyata keçiriləcək səfərin bu ilin birinci yarısında baş tutacağı gözlənilir. Səfər çərçivəsində hansı sənədlərin imzalanacağı ilə bağlı sualı cavablandıran diplomat deyib ki, iqtisadiyyat, ticarət, mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün münbit şəraitin yaradılması üçün azı 50-70 ikitərəfli saziş tələb olunur. Belarusla Azərbaycan arasında isə 36 saziş mövcuddur və bu il onların sayının 50-yə çatdırılması məqsədi qarşıya qoyulub. Hazırda 10 saziş layihəsi üzərində iş getdiyini vurğulayan N. Patskeviç prezidentlərin imzalayacağı dostluq və əməkdaşlıq haqqında müqavilə üzərində işin yekunlaşmaq üzrə olduğunu söyləyib. Sazişlərin kənd təsərrüfatı, qida, baytarlıq və karantin məsələlərinə aid olduğunu açıqlayan səfir bunları ticarət əlaqələri üçün çox vacib sənədlər adlandırıb. Onun sözlərinə görə, imzalanacaq sənədlər arasında pensiya təminatı haqqında saziş də var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR