Bank Of Baku

AXCP sədri İsveç səfiri ilə görüşüb

AXCP sədri İsveç səfiri ilə görüşüb
# 09 mart 2007 15:51 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün İsveçin Azərbaycandakı səfiri Hanf Gunner Adenlə görüşüb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığı, Avropa Birliyi ilə münasibətləri, Azərbaycanın demokratikləşməsi istiqamətində müzakirələr aparılıb. Bundan əlavə, AXCP-nin və “Azadlıq” blokunun fəaliyyəti ilə bağlı da fikir mübadiləsi olub.
Qeyd edək ki, Hanf Gunner Aden eyni zamanda İsveçin Ermənistan və Gürcüstan üzrə səfiridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR