Bank Of Baku

VİP Ədliyyə Nazirliyinin tələbi ilə Nizamnaməsinə dəyişikliklər edib

VİP Ədliyyə Nazirliyinin tələbi ilə Nizamnaməsinə dəyişikliklər edib
# 09 mart 2007 15:56 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbərliyi partiyanın dövlət qeydiyyatına alınması üçün nizamnaməsinə dəyişiklik edərək, yenidən Ədliyyə Nazirliyinə təqdim edib. Bu barədə APA-ya partiyanın sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə nazirlik qeydiyyat sənədlərini geri qaytarıb və nizamnaməyə qanunda nəzərdə tutulmuş əlavələri etməyi təklif edib. Ə. Əliyev sənədlərin nazirliyə təqdim olunmasından bir ilə yaxın vaxtın keçdiyini və bu müddətdə ilk dəfə olaraq dövlət qurumundan rəsmi reaksiya verildiyini qeyd edib. Partiya sədri qeydiyyatın yaxın zamanlarda müsbət həll olunacağını düşünür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR