Bank Of Baku

Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I Forumunda Bakı Bəyannaməsi və daha bir neçə sənəd qəbul edilib

Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I Forumunda Bakı Bəyannaməsi və daha bir neçə sənəd qəbul edilib
# 09 mart 2007 16:09 (UTC +04:00)
Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I Forumu günortadan sonra işini “Park İNN” otelində davam etdirib. APA-nın məlumatına görə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirdə çıxış edərək, tədbirin gorumun böyük hadisə olduğunu bəyan edib. Daha sonra forumun işinə qatılan Türk Dünyası Dostluq, Qardaşlıq Əməkdaşlıq Fondunun sədri Əbdülhaluk Çay, Avropa Azərbaycanlıları Konqresinin sədri Aydın Kaya, Litva parlamentinin sədr müavini Gintaras Stepanoviçius, Türkiyə Böyük Millət Məclisinin üzvü Dursun Akdemir, Türkiyənin Ceyhan bələdiyyəsinin başqanı Hüseyn Sözlü və digərləri çıxış ediblər.
Forumun sonunda “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi”, “Türkdilli xalqlara müraciət” qəbul edilib. Forum adından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət, 1915-ci il hadisələri ilə əlaqədar qondarma erməni iddialarını tanıyan ölkələrə etiraz bəyanatı da qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR