Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı müraciətinə gələn həftə cavab verəcək

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı müraciətinə gələn həftə cavab verəcək
# 10 mart 2007 10:13 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının martın 18-də yürüş-mitinq keçirməklə bağlı müraciətini araşdırır. Bu barədə APA-ya BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Şöbə müdiri müraciətə gələn həftə cavab veriləcəyini deyib.
Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə APA-ya açıqlamasında partiyada aksiyaya hazırlıqların getdiyini və digər partiyalara aksiyada iştirakla bağlı müraciətin olacağını deyib: “Hələlik yalnız Klassik Xalq Cəbhəsi Partiyası rəsmi olaraq yürüş-mitinqə qoşulacağını bildirib. Digər partiyaların da aksiyada iştirakında maraqlıyıq, bu dəfə də onlara mətbuat vasitəsi ilə müraciət ünvanlanacaq”.
Qeyd edək ki, partiya enerji daşıyıcılarının qiymətlərinin qalxmasına etiraz olaraq martın 18-də aksiya keçirmək niyyətindədir. Saat 15.00-da Həzi Aslanov metrostansiyasının ətrafından yürüşlə başlayacaq aksiya Ukrayna meydanında mitinqlə saat 17.00-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR