Bank Of Baku

YAP-ın icra katibi Əli Əhmədov AKP-nin Gənclər Birliyinin nümayəndə heyəti ilə görüşüb

YAP-ın icra katibi Əli Əhmədov AKP-nin Gənclər Birliyinin nümayəndə heyəti ilə görüşüb
# 10 mart 2007 11:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bu gün Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının (AKP) Gənclər Birliyinin sədri Hakan Tütünçünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə bir gün öncə Bakıda keçirilən Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin Forumunun yüksək əhəmiyyətindən danışılıb, forumda qəbul edilən qərarların Azərbaycan və Türk diasporlarının güclənməsinə, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracağı qeyd olunub. Görüşdə YAP-ın Gənclər Birliyi ilə AKP-nin Gənclər Birliyi arasında mövcud əlaqələr, onun inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Kocaeli Böyükşəhər Bələdiyyə başqanı İbrahim Karaosmanoğlu, YAP İcra Katibinin müavini Siyavuş Novruzov və YAP Gənclər Birliyinin sədri Ramin Həsənov da görüşdə iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR