Bank Of Baku

YAP Ağdaş rayon təşkilatının sədri dəyişdirilib

YAP Ağdaş rayon təşkilatının sədri dəyişdirilib
# 12 mart 2007 08:14 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının V konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda 424 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Qalib Həsənov məruzə ilə çıxış edərək, hesabat dövründə YAP-ın III Qurultayının, o cümlədən partiyanın İdarə Heyətinin qəbul etdiyi qərarların və İcra Katibliyi tərəfindən verilən tövsiyələrin həyata keçirildiyini qeyd edib. Konfransda YAP icra katibinin müavini Mübariz Qurbanlı və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında dayanan vəzifələrlə bağlı çıxış ediblər. Təşkilati məsələlərin müzakirəsi zamanı Cavid Osmanov rayon təşkilatının sədri, həmçinin 29 nəfərdən ibarət Şura, 11 nəfər tərkibdə İdarə Heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR