Bank Of Baku

Milli təhlükəsizlik naziri Eldar Mahmudov: “Azərbaycanın cənub rayonlarında heç bir gərginlik yoxdur”

Milli təhlükəsizlik naziri Eldar Mahmudov: “Azərbaycanın cənub rayonlarında heç bir gərginlik yoxdur”
# 12 mart 2007 08:58 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov deyib. Nazir bildirib ki, Azərbaycanın cənub rayonlarında heç bir gərginlik yoxdur. Onun sözlərinə görə, saxlanılan şəxslərin barəsində təkcə separatçılıq deyil, digər maddələrlə də cinayət işi başlanılıb: “Mən əlavə məlumat vermək istəmirəm, bu, istintaqa təsir edə bilər. Həmin şəxslərin barəsində istintaq hərəkətləri davam etdirilir. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”. E. Mahmudov qadağan olunmuş dini fəaliyyətlə məşğul olmaqda şübhəli bilinərək, bir müddət əvvəl həbs edilən dəstə üzvləri barəsində də başlanılan cinayət işi ilə bağlı istintaq hərəkətlərinin davam etdirildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR