Bank Of Baku

Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib

Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib
# 12 mart 2007 12:08 (UTC +04:00)
Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Bu barədə APA-ya məlumat verən komissiyanın üzvü Elmira Axundovanın sözlərinə görə, komissiyada iş gedir və artıq müəyyən siyahılar hazırlanıb: “Həmin siyahıda məişət zəminində cinayət törədənlər, əməlindən peşman olan fərarilər və müəyyən hadisələrdə iştirak edən şəxslər var. Siyahılar dəqiqləşdirilir. İclaslar gərgin keçir, hətta bəzi adamlarla bağlı mübahisələr olur”. E. Axundova deyib ki, indiyə kimi komissiya üzvləri 600-ə yaxın müraciətə baxıb. Komissiya üzvü siyasi partiya rəhbərlərindən və beynəlxalq təşkilatlardan da müraciətlərin daxil olduğunu deyib: “Sərdar Cəlaloğlu müəyyən şəxslərin əfv olunması üçün komissiyaya müraciət edib. Avropa Şurasından da müəyyən siyahılar komissiyaya daxil olub. Müraciətlərə komissiyada baxılır. Ancaq açığını deyim ki, mən bu siyahılarla razı deyiləm. Həmin şəxslərin siyasi məhbus adlandırılması düzgün deyil. Bu şəxslər konkret cinayət törədənlərdir”.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR