Bank Of Baku

Belarusun fövqəladə hallar naziri bu gün Azərbaycana gəlir

Belarusun fövqəladə hallar naziri bu gün Azərbaycana gəlir
# 12 mart 2007 12:44 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, sabah nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Bundan sonra FHN-də görüş başlayacaq. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ə. Bariyev arasında təkbətək görüş keçiriləcək. Səfər çərçivəsində təcrübə mübadiləsi aparılacaq, Belarus nümayəndə heyəti FHN-in strukturlarında da olacaq. Səfər zamanı Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında “2007-2010-cu illər üzrə əməkdaşlıq barədə kompleks fəaliyyət planı” və “Fövqəladə hallarda xəbərdarlıq edilməsi və nəticələrin aradan qaldırılmasında əməkdaşlıq üzrə işçi qrupu haqqında Əsasnamə” imzalanacaq.
Qeyd edək ki, işçi qrupu haqqında Əsasnamənin imzalanması Azərbaycan prezidentinin ötən il Belarusa səfəri zamanı iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişdə nəzərdə tutulub.
Səfər martın 16-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR