Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 12 mart 2007 13:56 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Forumunun nəticələri ilə bağlı olub. İdarə Heyəti Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Mehmet Əli Tələtin foruma dəvət olunmasını yüksək dəyərləndirib. BAXCP hesab edir ki, Azərbaycan ŞKTC-nin tanınması istiqamətində konkret addımlar atmalı və bu ölkə ilə əlaqələri genişləndirməlidir. Toplantıda BAXCP Ali Məclisinin martın 17-də keçiriləcək sessiyası ilə bağlı işlər də müzakirə olunub və sessiyanın gündəliyinə təklif edilən məsələlər ətrafında danışılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR