Bank Of Baku

Elmar Məmmədyarov UNİCEF-in regional direktorunu qəbul edib

Elmar Məmmədyarov UNİCEF-in regional direktorunu qəbul edib
# 12 mart 2007 14:01 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov UNİCEF-in Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə regional direktoru Mariya Kalivisi qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, nazir qonağa Azərbaycanda uşaqların hüquqların müdafiəsi sahəsində görülən işlər, Heydər Əliyev Fondu tərəfindən açılan yeni məktəblər, hökumətin gələcək nəslin düzgün yetişdirilməsi istiqamətində atdığı addımlar və iqtisadi sahədə əldə olunan gəlirlərin əsas hissəsinin təhsilə sərf edildiyi haqqında danışıb. O, qaçqın və məcburi köçkünlərin 60%-ni uşaqların təşkil etdiyini və onların müharibə qurbanları olduğunu da M. Kalivisin diqqətinə çatdırıb. Öz növbəsində xanım M. Kalivis Azərbaycanın bu sahədə fəaliyyətini, təşkilatla əməkdaşlığını yüksək qiymətləndirərək gənc nəslin gələcəyin çağırışlarına uyğun yetişdirilməsinin zəruriliyini vurğulayıb. O, həmçinin hökumətin qaçqın uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işləri alqışlayaraq gənclərə xüsusi diqqəti, 2007-ci ilin “Gənclər ili” elan olunmasını müsbət qiymətləndirib. Görüşün sonunda tərəflər ikitərəfli əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi barədə razılığa gəliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR