Bank Of Baku

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP “Azadlıq” blokunun qərarını hörmətsizlik kimi qiymətləndirib

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP “Azadlıq” blokunun qərarını hörmətsizlik kimi qiymətləndirib
# 12 mart 2007 15:18 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi Bakı şəhəri üzrə rayon təşkilatları rəhbərlərinin iştirakı ilə toplantı keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Cəlaloğlu toplantıda çıxış edərək partiyanın “Azadlıq” blokundan çıxarılması ilə bağlı iştirakçıları məlumatlandırıb. O, qərarın birtərəfli qaydada qəbul edildiyini bildirib. Müzakirələrdən sonra ADP də öz növbəsində “Azadlıq” blokunda fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul edib. Digər təsisçilərinin verdiyi qərarın blokun Əsasnaməsinə və müttəfiqlik etikasına zidd olduğu, ADP üzvlərinin iradəsinə açıq-aşkar hörmətsizlik və dözümsüzlük göstərildiyi, ADP ilə ultimativ dildə danışmağa və partiyanın yeni siyasi taktikasına cəmiyyətdə etimadsızlıq yaratmağa cəhd göstərildiyi, blokdaxili münasibətlərin perspektivinə, ADP-nin və bütünlükdə “Azadlıq” blokunun imicinə ziddi zərbə vurulduğu bildirilib. Buna görə də ADP-nin “Azadlıq” blokunda birləşmiş partiyalarla birgə fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab edilməyib. Qərarda ADP-nin “Azadlıq” blokunda fəaliyyət göstərən partiyalarla ikitərəfli əməkdaşlıq imkanlarının araşdırılması və digər müxalif qüvvələrlə eyni
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR