Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 12 mart 2007 15:25 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun yanvarın 15-də keçirilən iclasının protokolu təsdiq olunub. Daha sonra 9 saylı Binəqədi II, 14 saylı Əzizbəyov II, 75 saylı Lənkəran-Masallı, 19 saylı Nərimanov I, 52 saylı Quba, 116 saylı Qəbələ, 80 saylı Beyləqan, 13 saylı Əzizbəyov I Dairə Seçki Komissiyalarının tərkibinə dəyişikliklər edilib. Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, 125 DSK-da aparılmış monitorinqlərin nəticələri araşdırılır və yaxın günlərdə bu araşdırma başa çatacaq. M. Pənahov DSK-larda 30 məsələ ilə bağlı monitorinqin aparıldığını deyib. DSK-ların bina problemlərinin həllini vacib sayan M. Pənahov araşdırmalar başa çatdıqdan sonra müəyyənləşən problemlərin dövlət qurumları qarşısında qaldırılacağını qeyd edib. O, 2008-ci il prezident seçkilərinə kimi DSK-ların təchizatının daha da yaxşılaşdırılacağını, onların kompüter, faks aparatları və sənədlərin saxlanılması üçün seyflərlə təmin olunacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR