Bank Of Baku

Məzahir Pənahov: “Bizdə uduzmaq mədəniyyəti formalaşmalıdır”

Məzahir Pənahov: “Bizdə uduzmaq mədəniyyəti formalaşmalıdır”
# 12 mart 2007 15:29 (UTC +04:00)
“Seçki komissiyaları ilə bağlı ən demokratik yanaşma sosial bazaya uyğun təmsilçilikdir. Heç kimdə şübhə yoxdur ki, müxalifətin MSK-da təmsil olunma nisbəti onun malik olduğu sosial bazaya qətiyyən uyğun gəlmir. Müxalifətin sosial bazası ilə müqayisədə təmsilçilik dəfələrlə çoxdur”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Seçki komissiyalarının tərkibinin formalaşması ilə bağlı məsələnin Milli Məclisin səlahiyyətində olduğunu bildirən M. Pənahovun sözlərinə görə, komissiyaların tərkibi istənilən formada formalaşsa, yenə də uduzan tərəflər razı qalmayacaqlar: “Bu, bizim ümumi bəlamızdır. Bizdə uduzmaq mədəniyyəti formalaşmalıdır, amma uduzanlar özlərini təhqirolunmuş sayır və depressiyaya düşürlər”. Seçki qanunvericiliyinin təkmilləşməsi məsələsində beynəlxalq qurumlardan daha çox maraqlı olduqlarını vurğulayan MSK sədrinin fikrincə, bəzən elə təqdim olunur ki, guya beynəlxalq qurumlar bu işdə Azərbaycan hakimiyyətindən daha çox maraqlıdır: “Amma biz onları seçkilərə çağırmasaq, gəlməzlər. Ona görə də həmişə iqtidar və müvafiq qurumlar demokratik seçkilər üçün hüquqi bazanı təkmilləşdirməyə çalışır. Əslində Azərbaycanın seçki standartlarını biz formalaşdırırıq və yəqin ki, bu standartlarda dəyişiklik olacaq”.
ABŞ Dövlət Departamentinin son hesabatına da münasibət bildirən M. Pənahov sənəddə seçkilərin ciddi şübhə altına alınmış şəkildə qiymətləndirildiyini qeyd edib. Bunun qətiyyən belə olmadığını bildirən MSK sədri milyonlarla insanın iştirakı ilə keçirilən seçkidə heç bir pozuntunun olmadığını iddia etməyi də düzgün saymır: “Əgər bunu iddia etsək, məsələyə keçmiş sovet psixologiyası ilə yanaşmış olarıq. Ən demokratik ölkələr - ABŞ və Avropada keçirilən seçkilərdə də müəyyən pozuntular baş verir. Bu baxımdan hesabatda qeyd olunan məsələlərin müəyyən əsasları var. İstənilən ölkədə keçirilən seçkilərdə pozuntular ola bilər və olmaması mümkün deyil. Amma ölkə daxilində siyasi maraqlar çərçivəsində bir az təhrifolunmuş şəkildə rəylər çatdırıb onun üzərində hesabatlar hazırlamaq ötəri məsələdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR