Bank Of Baku

YAP Əzizbəyov rayon təşkilatının VII konfransı keçirilib

YAP Əzizbəyov rayon təşkilatının VII konfransı keçirilib
# 12 mart 2007 16:11 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Əzizbəyov rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda 333 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Namiq Əhmədov hesabat məruzəsi ilə çıxış edərək, ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib. O, VI konfransdan ötən müddət ərzində üzvlərin sayının 5005 nəfərdən 6000-ə çatdığını bildirib. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov konfransda çıxış edərək, ölkədəki iqtisadi inkişaf, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsindən danışıb. Onun sözlərinə görə, YAP hakim partiya olaraq ölkədə həyata keçirilən abadlıq və quruculuq işlərində fəal iştirak edir. Təşkilatı məsələlərin müzakirəsi zamanı N.Əhmədov yenidən YAP Əzizbəyov rayon təşkilatının sədri seçilib. 33 nəfərdən idarət rayon şurası, 13 nəfər tərkibdə İdarə Heyəti, 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR