Bank Of Baku

Seçici siyahılarının məntəqə və dairə seçki komissiyalarında dəqiqləşdirilməsi başa çatıb

Seçici siyahılarının məntəqə və dairə seçki komissiyalarında dəqiqləşdirilməsi başa çatıb
# 12 mart 2007 16:15 (UTC +04:00)
Seçici siyahılarının məntəqə və dairə seçki komissiyalarında dəqiqləşdirilməsi prosesi artıq başa çatıb və hazırda siyahıların Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması prosesi gedir. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bunu jurnalistlərə açıqlamasında bildirib. Mayın sonuna kimi seçici siyahılarının “Seçkilər” İnformasiya Mərkəzində araşdırılacağını deyən M. Pənahov siyahıların təsdiq olunmasından sonra saytda yerləşdiriləcəyini qeyd edib. 122 saylı Xankəndi seçki dairəsinin ərazisində yaşayan erməni əsilli vətəndaşların siyahıya salınması ilə bağlı məsələyə aydınlıq gətirən MSK sədri bu istiqamətdə ciddi irəliləyişin olmadığını söyləyib: “Xankəndi seçki dairəsinin seçicilərinin siyahıya alınması üçün beynəlxalq təşkilatlara müraciət etmişəm və həmin müraciətlər qüvvədə qalır. O vaxtdan xeyli keçib, mən yenə də Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara çatdırmışdım ki, siyahıların dəqiqləşdirilməsi prosesi gedir və bu işdə bizə yardım etsinlər. Amma yenə də buna münasibət bildirilməyib. Bu prosesin reallaşması bir qədər çətindir, buna baxmayaraq, biz səylərimizi davam etdirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR